image-hokm_2790ada3ff19d4346e29a70a9e0ff508_ixm387etzfp2519glbwobackend

Hava xəbərdarlığı: Sulu qar yağacaq

Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki