ABŞ prezidentliyinə namizəd Kamala Harrisin komandası keçmiş Amerika lideri, respublikaçı Donald Trampla debatdan razı qalıb.
Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Vitse-prezidentin aparatının üzvlərinin “bayram” əhval-ruhiyyəsində olduğu qeyd edilir. Həmçinin, kanalın həmsöhbətlərinin dediyinə görə, Harris suallara mükəmməl hakim idi və o, “Trampı cavab verməyə təhrik edə bildi”.
Sentyabrın 10-da axşam ABŞ-da builki prezidentlik kampaniyasının ikinci debatı baş tutub . Tədbir rəqiblərin reytinqləri arasında minimal fərqə görə xüsusi maraq qazanıb: son sorğularda bu, cəmi 1-2 faiz bəndi olub.
Tramp-Harris debatı Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutub. Bu, ən böyük yelləncək ştatlarından biridir: onun 19 seçicisi var və Pensilvaniyada qələbə bu və ya digər namizəd üçün həlledici olacaq.
Nuranə Məmmədova