“ABŞ prezidentliyinə namizəd və keçmiş Amerika lideri Donald Trampın məqsədi siyasətdə daha çox xaos və parçalanma yaratmaqdır”.
Elchi.az xəbər verir ki, bu barədə onun rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harris “Bloomberg” agentliyinə bildirib.
Harris deyib ki, ABŞ-da qarşıdan gələn prezident seçkiləri iki partiya və iki fərqli namizəd arasında seçimdən daha çox şeydir.
“Bu, bizim hər bir amerikalı üçün azadlıq əsasında qurulan, yoxsa xaos və parçalanma ilə idarə olunan bir ölkəyə sahib olacağımızla bağlı seçimdir” dedi prezidentliyə namizəd. Harrisin fikrincə, Tramp seçilərsə, Amerika siyasətində “daha çox xaos” və parçalanma yaradacaq. O, əlavə edib ki, rəqibi ölkə xalqının ehtiyaclarına diqqət yetirməyəcək.
Daha əvvəl Tramp bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası eks-prezidenti faşizmdə ittiham edərək repressiv maşın kimi çıxış edir.
Yeganə