Haitidə son 2 gündə təhlükəsizlik qüvvələri ilə dəstə üzvləri arasında baş verən qarşıdurmalarda 70 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Elchi.az xəbər verir ki, Bölgə mətbuatında yer alan xəbərlərə görə, ölkənin Artibonit şəhərinin Port Sonde qəsəbəsinə basqın edən dəstə üzvləri polislə toqquşub.
Son iki gündə 70 nəfər həyatını itirib, bəziləri ağır olmaqla çoxlu insan yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti ofisindən verilən məlumata görə, “Qran Qrif” adlı dəstə üzvləri 45 ev və 34 avtomobili yandıraraq, bölgə sakinlərini köç etməyə məcbur ediblər.
BMT-nin Haiti ofisinin sözçüsü Thameen Al-Kheetan mətbuata verdiyi açıqlamada, Qran Qrif üzvlərinin insanlara avtomatik silahlarla atəş açdığını və bölgəyə əlavə qüvvələrin göndərilməsini tələb etdiyini bildirib.
BMT-nin Haiti İnteqrasiya Ofisinin (BINUH) məlumatına görə, 2024-cü ilin əvvəlindən bu yana silahlı dəstələrin hücumları nəticəsində ümumilikdə 3900 nəfər həlak olub ki, bunun da 1374-ü son 6 ayda baş verib.
Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.
Silahlı dəstələrin paytaxt Port-au Prinsin 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq gündən-günə artır.
Şayəstə Hüseynova