image-nasaczim-2290156_1backend

Günəş sistemindən kənarda vulkanlarla örtülmüş Ay kəşf edilib

Yerdən 635 işıq ili uzaqlıqda yerləşən ulduzun ətrafında vulkanik fəaliyyətlə dolu peykin mövcudluğuna dair yeni dəlillər aşkar edilib. WASP-49b adlı ekzoplanetin orbitində böyük natrium buludu aşkar edilib. Bu ekzoplanet WASP-49 adlı ulduzun ətrafında fırlanır.
Elchi.az xəbər verir ki, Alimlər bu natrium buludunun planetdən deyil, planetin ətrafında fırlanan ekzomundan qaynaqlandığını düşünürlər. Çünki WASP-49b qaz nəhəngidir və belə planetlərdə vulkanların tapılması gözlənilmir.
Həmçinin, natrium buludu planetin hərəkəti ilə uyğun gəlmir, lakin WASP-49b-nin vulkanik peyki varsa, bu buludun hərəkəti inandırıcı olur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki