image-siddetli-yagis-ulkenin-baskentini-vurdu-selde-32-kisi-hayatini-kaybetti-a6k2backend

Güclü yağış ölkənin paytaxtını vurdu! Daşqın nəticəsində 32 nəfər həlak olub

Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmanduda güclü yağışların səbəb olduğu daşqın nəticəsində ilkin məlumatlara görə 32 nəfər ölüb, 12 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmanduda güclü yağışların səbəb olduğu daşqın nəticəsində ilkin məlumatlara görə 32 nəfər ölüb, 12 nəfər itkin düşüb.
Polisin verdiyi açıqlamaya görə, dünən gecədən bəri davam edən leysan yağışlar səbəbindən Katmandu şəhərinin bəzi hissələrini su basıb, gündəlik həyat iflic olub.
Yağışlar səbəbindən elektrik enerjisinin və internetin kəsildiyi paytaxtda ilkin məlumatlara görə, daşqınlarda 32 nəfər ölüb, 17 nəfər yaralanıb, 12 nəfər itkin düşüb. Axtarış-xilasetmə işləri zamanı 1053 nəfər xilas edilib.
Hökumət ölkə daxilində daşqın xəbərdarlığı edərkən, bütün polislərin axtarış-xilasetmə işlərində iştirak edəcəyi açıqlandı.
Daxili işlər naziri Ramesh Lekhak paytaxtdan kənar ərazilərdə dağıntıların olduğunu və yerli hakimiyyət orqanlarının hələ də məlumat topladığını açıqlayıb.
Dünəndən başlayan yağışın həftəsonu da davam edəcəyi gözlənilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki