Moskvanın Taqanski Məhkəməsi “Google” MMC-ni 3,5 milyon rubl cərimələyib.
Elchi.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Teleqam kanalında deyilir.
Şirkətin qadağan olunmuş məlumatları silməməkdə təqsirli bilindiyi bildirilir.
Bundan əvvəl Rusiyada “Discord” platformalarının cərimələndiyi məlum olub. Aydınlaşdırılıb ki, xidmət həmçinin pedofiliya və LGBT təbliğatı ilə bağlı qadağan olunmuş məzmunu da silməyib.
Avqust ayında məhkəmə həmçinin “Google”-u 3,5 milyon rubl cərimələyib. Şirkət qeyri-qanuni məlumatların aşkarlanması və əldə edilməsinin məhdudlaşdırılması üzrə öhdəliklərini yerinə yetirməməkdə təqsirli bilinib.
İyul ayında şirkət Roskomnadzorun göstərişlərini yerinə yetirməkdən imtina etdiyinə görə beş milyon rubl cərimə alıb.
Yeganə
Mənbə: Lenta.ru