Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır” fərdi qrant müsabiqəsində qalib olan “Gənclərin hüquq və sosial iş sahəsində biliklərinin artırılması” layihəsi çərçivəsində gənclərlə ilk təlimlərə start verildi.
![]()
![]()
![]()
![]()
Elchi.az xəbər verir ki, layihənin rəhbəri Günel Babayeva açılış nitqi ilə çıxış edərək layihənin əsas məqsədlərindən bəhs etdi. O, gənclərin hüquq və sosial iş sahəsində biliklərini genişləndirmək, onların cəmiyyətdə fəal rol oynamalarını təmin etmək və bu sahələrdə müasir tələblərə uyğun fəaliyyət göstərmələrinə dəstək vermək niyyətində olduğunu vurğulayıb. Nitqində qeyd etdi ki, layihə təkcə nəzəri biliklərin çatdırılmasına yox, həm də gənclərin praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Daha sonra təlimlərdə iştirakçılara “Sosial iş”, “Könüllülük fəaliyyəti” və “Gənclər siyasəti” mövzularında ətraflı məlumatlar təqdim olunub. Bu mövzular üzrə müzakirələr aparılıb və iştirakçılar öz suallarını verərək mövzu ətrafında diskussiya yaradıblar. Xüsusilə, gənclərin bu sahələrdəki real vəziyyəti və öz töhfələri barədə fikirləri öyrənilib, onların təcrübə paylaşımı və fikir mübadiləsi üçün imkan yaradılıb.
Qeyd edək ki, təlimə Bakı Dövlət Universitetinin fil.ü.f.dok., “Cığır” MDİD İctimai Birliyinin təsisçisi Yeganə Mirzəyeva qonaq kimi dəvət olunub. Yeganə xanım təlim iştirakçıları ilə öz geniş təcrübələrini paylaşaraq, xüsusilə könüllülük fəaliyyəti və sosial işdə gənclərin rolu barədə dəyərli tövsiyyələr verib.