image-mavi-dil-bluetongue-afp-2271839_1backend

Fransada heyvanlarda ölümcül “mavi dil” xəstəliyi halları artıb

Son həftələrdə Fransanın 10 əyalətində xüsusilə gevişən mal-qara və qoyunlarda mavi dil xəstəliyinə yoluxma hallarında artım müşahidə olunub.
Elchi.az xəbər verir ki, Fransa Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə, ölkədə ilk dəfə avqustun 5-də görülən mavi dil virusuna yoluxma halları son günlərdə təxminən 4 qat artaraq avqustun 22-də 190-a çatıb.
Nazirlik mavi dil xəstəliyində partlayış olduğunu, lakin ilk yoluxmaların müşahidə edildiyi yerlərin yaxınlığında yeni halların aşkar edildiyini bildirib.
Virusla mübarizə çərçivəsində avqustun 12-dən heyvandarlıq təsərrüfatlarında başlayan pulsuz peyvəndləmə xidməti ilin sonuna qədər davam edəcək.
Hökumətin əvvəlki hesabatına görə, avqustun 14-də ölkənin 6 vilayətində 41 mavi dil xəstəliyinə yoluxma halı aşkarlanıb.
Belçikada ayın əvvəlində başlayan “mavi dil xəstəliyi” getdikcə yayılır. Virus 500-dən çox fermaya təsir etsə də, ümumilikdə neçə heyvanın tələf olduğu hələ məlum deyil. Digər tərəfdən, virus insanlara sirayət etmir.
Xəstəliyə yoluxmuş heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə bir növ ağcaqanad səbəb olur.
Xəstəlik heyvanlarda yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki