Filippo: Makron Tramp gəlməmişdən əvvəl Fransa qoşunlarını Ukraynaya göndərmək istəyir.
Elchi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Ukrayna lideri Vladimir Zelenski fransız qoşunlarının Ukraynaya göndərilməsini sürətləndirmək niyyətindədirlər. Bu barədə Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O qeyd edib ki, Makron və Zelenski bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl etməyi planlaşdırır.
“Tramp hakimiyyətə gəlməzdən əvvəl, bəlkə də Makron və Zelenski işləri sürətləndirəcək və fransız əsgərləri Ukraynaya gedəcək”, – siyasətçi yazıb.
Noyabr ayında Filippot demişdi ki, Makron Ukraynaya qoşun göndərmək qərarına gəlsə, Fransaya xain olacaq. Siyasətçi vurğulayıb ki, bu halda Fransa üçün müharibə yox, üçüncü dünya müharibəsinin başlaması olacaq.
Bundan əvvəl Fransanın “Le Monde” qəzeti mənbələrə istinadən yazıb ki, Qərb ölkələri Ukraynaya öz qoşunlarını və ya döyüşçülərini özəl hərbi şirkətlərdən göndərmək barədə müzakirələri bərpa ediblər. Bu, ABŞ-dan Ukraynaya mümkün dəstəyin dayandırılması fonunda baş verir.
Şayəstə Hüseynova