image-23backend

Fransa Netanyahunu həbs etməyəcək

Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında böyük rol oynaması müqabilində İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına əməl etməməyə razılaşıb.

Elchi.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi İsrailin hazırkı Baş naziri Binyamin Netanyahu və 2024-cü il noyabrın 5-də vəzifəsindən uzaqlaşdırılan keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Beynəlxalq Cinayət Məhkəməsinin qərarının dərcindən sonra Fransa ilkin olaraq Netanyahu və ya Qalantın ölkəyə səfər edəcəyi təqdirdə Roma Statutunun tərəfi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini açıqladı.

Lakin çərşənbə günü Fransa Xarici İşlər Nazirliyi mövqeyini kəskin şəkildə dəyişdi. Agentlik öz internet səhifəsində İsrailin Roma Əsasnaməsini imzalamadığı üçün Netanyahunun BCM-nin təqibindən immunitetinin olduğunu bəyan edən bəyanat yayıb. Bu bəyanat Netanyahunun kabinetinin Livanda Fransanın dəstəklədiyi atəşkəsə razılıq verməsindən qısa müddət sonra verilib.

Parisin bəyanatında deyilir: “Bir dövlət BCM-nin iştirakçısı olmayan dövlətlərə verilən toxunulmazlıqla bağlı beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərə zidd hərəkət etməyə məcbur edilə bilməz”.

Nazirliyin məlumatına görə, belə toxunulmazlıq həm baş nazir Netanyahuya, həm də Qalanta aiddir. Bununla belə, Fransanın öz ərazisində BCM-nin yurisdiksiyasını məhdudlaşdırmaq üçün hələ də başqa yolları var. Roma Nizamnaməsinə görə, BCM-nin yurisdiksiyasına yalnız müqavilənin iştirakçısı olan dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədilmiş cinayətlər daxildir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki