image-27backend

FOM: Rusların 80%-i Putinə güvənir

İctimai Rəy Fondunun (FOM) keçirdiyi sorğuya əsasən, rusiyalıların təxminən 80%-i Rusiya prezidenti Vladimir Putinə güvəndiyini bildirib.

Elchi.az xəbər verir ki, respondentlərin təxminən 11%-i dövlət başçısına etimadla bağlı suala mənfi cavab verib, 9%-i isə cavabı formalaşdırmaqda çətinlik çəkib.

Ruslardan da Putinin işinin keyfiyyətini qiymətləndirmələri istənilib. Sorğunun nəticələrinə görə, respondentlərin 82 faizi prezidentin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirib, 10 faizi isə əks mövqe tutub. Respondentlərin daha 8%-i isə konkret qiymət verə bilməyib.

Bundan əlavə, sorğu iştirakçılarından Rusiya hökumətinin işini qiymətləndirmələri xahiş olunub. 56%-i hökumətin fəaliyyətini “yaxşı”, 25%-i isə “pis” hesab etdiyini bildirib. Baş nazir Mixail Mişustinin fəaliyyətini respondentlərin 59%-i müsbət, 9%-i mənfi qiymətləndirib.

Bir həftə əvvəl, yanvarın 24-də bildirilmişdi ki, rusiyalıların 79%-i Putinə güvəndiyini, respondentlərin 11%-i isə bunun əksini bildirib. Putinin işinin keyfiyyəti ilə bağlı sorğu da keçirilib: iştirakçıların 80%-i onun fəaliyyətini müsbət qiymətləndirib, 12%-i isə əksinə. Həmçinin respondentlərin 8%-i dəqiq cavab verə bilməyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki