image-3d882e5a-2dbc-3d2f-9134-005d0eeeb859_850backend

“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib

“Flydubai” aviaşirkəti dekabrın 28-dən 2025-ci il yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri ləğv edib.

Elchi.az  xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Turoperatorlar Assosiasiyasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, turoperatorlar turistlər üçün bunun nəticələrini minimuma endirməyə çalışırlar.

“Flydubai” aviaşirkəti fors-major səbəbindən 28.12.2024-cü ildən 05.01.2025-ci ilə qədər Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri müvəqqəti olaraq ləğv edib. Turoperatorlar Assosiasiyasının məlumatına görə, vəziyyət 2 mindən çox sərnişini əhatə edir ki, bunların da 90 %-i turoperatorların müştəriləridir”, – məlumatda qeyd olunub.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki