Fiziki şəxslərin vergi yükü azaldıldı

🗓 04.01.2016 08:53 ✍️ "Elçi" qəzeti
Fiziki şəxslərin vergi yükü azaldıldı

Foto arxiv

Yanvarın 1-dən Azərbaycanda gəlir vergisi ilə bağlı fiziki şəxslərə güzəştlər artırılıb. APA-nın məlumatına görə, bu vergi məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci iloktyabrın 20-də qəbul edilmiş qanunda nəzərdə tutulur. İndiyə qədər fiziki şəxsin aylıq gəliri 250 manatadək olduqda yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatad olduqda isə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsindən gəlir vergisi vermirdi. 2016-cı il yanvarın 1-dən isə fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda yaşayış minimumunun 1 misli, illik gəliri 30 000 manatadək olduqda isə 12 misli məbləğində olan hissəsindən vergi ödəməyəcək. Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manatdır.

Bənzər yazılar