image-48backend

Finlandiya Rusiya üçün gözlənilməz plan təklif etdi

Finlandiyanın Rusiya Federasiyası ilə yeni dostluq müqaviləsinə ehtiyacı var.

Elchi.az xəbər verir ki, bu sözləri Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində qeyd edib

“Ölkəmiz mümkün qədər tez Rusiya ilə daha bir dostluq və əməkdaşlıq sazişi hazırlamalıdır”, – deyə ekspert öz fikrini bölüşüb.

Analitikin fikrincə, Helsinki Rusiya rəhbərliyinə başa salmalıdır ki, Finlandiya ərazisi heç bir halda Rusiya Federasiyasına hücum üçün istifadə edilməyəcək.

Qeyd edək ki, avqustun 22-də “İltalehti” qəzeti yazıb ki, Qərb hərbi-siyasi bloku NATO-nun Rusiya sərhədi yaxınlığındakı Finlandiyanın Mikkeli şəhərində 4-5 min nəfərlik zirehli briqada yerləşdirəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki