Amerika prezidenti Donald Tramp çətin ki, Birləşmiş Ştatları NATO-dan çıxarsın.
Elchi.az xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb CNBC telekanalına müsahibəsində deyib.
“Məncə, Donald Tramp beynəlxalq təşkilatları, yəni BMT və onun agentliklərini sevmir, amma əslində NATO kimi regional təşkilatları bəyənir”, Stubb izah edib.
Bundan əvvəl keçmiş amerikalı kəşfiyyat zabiti və BMT-nin keçmiş müfəttişi Skot Ritter bildirib ki, ABŞ prezidenti Donald Trampın NATO üzvü olan ölkələrə müdafiə xərclərini ÜDM-nin 5 faizinə çatdırmaq barədə deməsi Amerika liderinin alyansla münasibətləri kəsmək istəyindən xəbər verir.
Yeganə