image-bmgk-aa-2285646_1backend

Fələstin ABŞ-ın Qəzzada atəşkəs qətnaməsinə veto qoymasını pisləyib

Fələstin ABŞ-ın Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və aclıqdan ölənlərin qarşısının alınmasını tələb edən qətnamə layihəsinə dördüncü dəfə veto qoymasını pisləyib.
Elchi.az xəbər verir ki, Fələstin Rəyasət Heyətinin Fələstin xəbər agentliyi WAFA-da dərc olunan bəyanatında, “ABŞ rəhbərliyi dördüncü dəfə veto hüququndan istifadə edərək, İsraili Fələstin xalqına və Livan xalqına qarşı cinayətlərini davam etdirməyə təşviq etdi” ifadəsi işlədilib.
Bəyanatda, ABŞ-ın vetosunun İsraili beynəlxalq legitimlik və beynəlxalq hüquqla bağlı bütün qərarlara etiraz etməyə təşviq etdiyi və BMT Təhlükəsizlik Şurasına və üzv ölkələrə “dərhal Fələstin xalqını hücumların, “humanitar fəlakət və aclığın qarşısını almaq üçün Fələstin xalqı qarşısında öz məsuliyyətini dərhal öz üzərinə götürmək” çağırışı edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki