image-22backend

Facebbokdan ermənilərə şok qadağa: Terroçuların şəklini paylaşan və “Qarabağ Ermənistandır” yazan profillər bloklanacaq

Facebookun son qərarı erməniləri şoka salıb. Alp.az xəbər verir ki, sosial platforma erməni terroçularının şəklini paylaşan profilləri bloklayır. Bu haqda ermənilərin Razm.info saytı məlumat yayıb.

Razm.info saytının koordinatoru Karen Vrtanesyan tərəfindən Facebook-da Monte Melkumyanın şəkli paylaşılıb və Vrtanesyanın profili ləğv edilib. Erməni mətbuatı iddia edir ki, Facebook ümumilikdə Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir və bu ərazini erməni torpağı kimi qeyd edən profilləri də bağlayır.

Facebook-dan ermənilərin rəsmi müraciətinə cavab olaraq bildrilib ki, terroçuları qəhrəman kimi təbliğ edənlər və başqa ölkənin ərazisini öz ərazisi kimi təbliğ edən separatçı profillər ləğv ediləcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki