image-32dbe8bf-e383-3f48-8831-bf914ad0b21e_850backend

Ermənistanda zavodda partlayış nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb

Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.

Elchi.az  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki