Bu gün günorta saatlarından etibarən Kəlbəcər istiqamətində başlayan atışma davam edir. Alp.az xəbər verir ki, ermənilər Kəlbəcər istiqamətində təxribata əl ataraq, mövqelərimizdən birini ələ keçirməyə cəhd edib.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan hərbçiləri silah-sursatlarının ataraq geri qaçmağa məcbur olublar. Hücuma cəhd edən ermənilərdən bir necəsi zərərsizləşdirilib. Erməni teleqram kanallarının yaydığı məlumata görə Norabak kəndi yaxınlığında 4 erməni hərbçi ağır yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu, digərlərinin isə yaralarının yüngül olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayaraq, düşmənin Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutduğunu bildirib.