image-resizebackend

“Ermənilərin çağırış məntəqəsi vurulmalıdır”-  Hərbi eksperdən SENSASİON AÇIQLAMA 

Ermənilər 10 Noyabr Bəyanatının tələblərini yenə pozur. Alp.az xəbər verir ki, ermənilərin növbəti təxribatı barədə hərbi ekspert Ədalət Verdiyev həyacan təbili çalıb. Hərbi ekspert sosial şəbəkə hesabından ermənilərin növbəti təxribatının qarşısını almağın yollarını da göstərib. Həmin statusu olduğu kimi təqdim edirik:

“Arayik Harutyunyan bu gün imzaladığı “sərəncama” görə yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Prosesin başlanmasına imkan verilməli deyil. Gərəkirsə çağırış məntəqəsini vurun. Qoy hədlərini bilsinlər. Qarşılarında dayananin dovşan deyil, qalib ordu olduğunu anlasınlar.”

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki