Erməni Teleqram kanalları bir neçə gündür ki, Qarabağdan gələn telefon danışıqlarının həmçinin internet üzərindən yazışmalarının izləndiyini iddia edir. Alp.az xəbər verir ki, hətta qondarma rejimin nümayəndələri bunu etiraf ediblər. Dekabrın 31-dən isə Xankəndində internet kəsilib. Erməni IT təhlükəsizliyi eksperti Kornelij təxəllüsü altında tanınan bloqer Samvel Martirosyan teleqram kanalında buna münasibət bildirib. “Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır. Kimlərsə özünü ağıllı göstərmək istəyirsə bu mümkün deyil. Qarabağdan İrəvana edilən istənilən telefon zəngi və internet yazışmaları Azərbaycanın əlindədir. Bizdə bunu qəbul etmirlər. Amma beynəlxalq qanunlar var. Azərbaycan ərazisindən başqa ölkə ilə yazışmaq istəyirsənsə bu razılaşdırılmalıdır. İndi mənim yazdıqlarıma görə mənə hücumlar olacaq. Etiraf edin ki, Qarabağ bizim deyil. Qarabağ bizə heç nə verməyib və verməyəcək. Azərbaycanın əlində böyük resurslar var bizə istədikləri təyziqi edə bilərlər. Nə yazdığınızın və nə dediyinizin fərqində olmalısınız. ” -deyə Samvel Martirosyan yazıb.
Samvel Martirosyan qeyd edib ki, bu sadəcə indiki halda panikadır. “İzlənməyə indiki halda nə ehtiyac var. Bu kimlərinsə əhali arasında yaydığı şayidir.”