Ərdoğan vurğulayıb ki, Ankara Ukraynadakı münaqişənin həllinə yardım etməyə davam edəcək.
Elchi.az xəbər verir ki, Ukraynada münaqişəyə son qoyulmalıdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, Ankara Ukraynadakı münaqişənin həllinə yönəlmiş səylərini bundan sonra da davam etdirəcək. Xüsusilə, Qara dənizdə təhlükəsiz kommersiya daşımalarını təmin edən qətnamənin icrasını davam etdirəcək. Ərdoğan əmindir ki, bu, sülh prosesinə etimadı gücləndirməyə kömək edəcək.
“Bu bitməlidir”, – Türkiyə prezidenti bildirib.
Şayəstə Hüseynova