image-1738682091_a1backend

Ərdoğan Suriyanın yeni prezidentini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin yeni rəhbərliyinə başçılıq edən suriyalı həmkarı Əhməd əl-Şaraanı qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti vəzifəsini icra edən Əhməd əl-Şaraa çərşənbə axşamı Türkiyənin paytaxtı Ankaradakı Prezident Kompleksində görüşüblər”, – agentliyin açıqlamasında bildirilir.
Əlavə olaraq qeyd olunub ki, Türkiyə liderinin dəvəti ilə Əl-Şara onunla birgə mətbuat konfransında danışacaq, həmçinin işgüzar şam yeməyində iştirak edəcək.
Bundan əvvəl Suriya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Şaar könüllü olaraq təhlükəsizlik qüvvələri ilə əlaqə saxlayaraq yeni hakimiyyət orqanlarına təslim olub . Onun 1980-ci illərdə Livan vətəndaş müharibəsi zamanı döyüş təcrübəsi olduğu bilinir . O, həmçinin 2011-ci ildə Suriyada daxili siyasi böhran başlayanda Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini alıb və 2018-ci ilə qədər bu vəzifədə qalıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki