Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında ədalətli sülhün mümkün olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Avropa Şurasının rəhbəri Antonio Kosta ilə telefon danışığı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə , Rusiya və Ukrayna ədalətli və davamlı sülh qura bilər. Eyni zamanda Türkiyə prezidenti onu da əlavə edib ki, ölkəsi ilkin olaraq münaqişə tərəfləri arasında belə bir saziş bağlamağa çalışıb.
“Prezident Ərdoğan Kostanı yeni təyinatı münasibətilə təbrik edib və bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin canlanması Türkiyə və Aİ-nin qarşılıqlı maraqlarına uyğundur və Brüsseldən münasibətlərin inkişafına zəmin yaratmaq üçün konkret addımlar gözlənilir. Prezident Ərdoğan Türkiyənin iştirakı ilə Avropanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımların planlaşdırılmasının faydalı və tərəflərin ümumi maraqlarına uyğun olacağını bildirib”, – Ərdoğanın ofisindən bildirilib.
Nuranə Məmmədova