image-1733487420_63backend

Ərdoğan: Əsəd danışıqlarla bağlı cavab verməyib

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyənin cari problemlərin ikitərəfli formatda müzakirəsi təklifinə hələ də müsbət cavab verməyib.

Elchi.az-ın xəbərinə görə, o, xatırladıb ki, Türkiyə daha əvvəl Əsədə görüş keçirmək və Suriyanın gələcəyini birlikdə müəyyən etmək təklifi ilə müraciət edib.

“Təəssüf ki, biz hələ də Əsəddən müsbət cavab ala bilməmişik”, – deyə Ərdoğan bildirib.

Dekabrın 3-də Türkiyə prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı o bildirib ki, Ankara Suriyada sabitliyin təmin edilməsi üçün səy göstərir və ərəb respublikasındakı böhranın ədalətli və davamlı həllinə sadiqdir.

Putin də öz növbəsində Suriya hakimiyyətinə ölkə daxilində sabitliyin və konstitusiya nizamının bərpasında, xüsusən də Ankaranın regionda mövcud imkanlarının köməyi ilə dəstək verilməsinin vacibliyinə işarə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki