image-putin-1backend

Əliyevlə görüşdə olan Putindən ilk açıqlama

Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir.

Alp.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki