ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və İlon Maskın yaxın münasibəti NASA-nın rolunun köklü şəkildə dəyişə biləcəyi ilə bağlı narahatlıq yaradır. SpaceX CEO-su Musk Tramp tərəfindən “Hökumət Effektivliyi Departamenti”nin rəhbəri təyin edilsə də, bu addım NASA-nın gələcəyinə mənfi təsir göstərə bilər.
Elchi.az xəbər verir ki, Proqressiv Siyasət İnstitutunun Milli Təhlükəsizlik Direktoru Peter Juul SpaceNews-dakı məqaləsində Maskın bu missiyada öz şirkəti SpaceX-in maraqlarına uyğun hərəkət etmə riskinin NASA-nı “müqavilə verən agentliyə” çevirə biləcəyini vurğuladı.
Juul, “NASA kimi Amerika dəyərinin Elon Musk kimi texnoloji oliqarxiyanın əli ilə zərər verə biləcəyi təhlükəsi ilə üz-üzəyik” deyib.
Şayəstə Hüseynova