Efiopiya və Keniya xüsusi xidmət orqanlarının rəhbərləri Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən görüşdə terrora qarşı əməkdaşlıq etmək qərarına gəliblər.
Elchi.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Efiopiya Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (NISS) baş direktoru səfir Rıdvan Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti və Keniya Milli Kəşfiyyat Xidmətinin baş direktoru Nurdin Məhəmməd Hacının rəhbərlik etdiyi nümayəndə heyəti , Əddis-Əbəbədə görüşüb.
Görüşdə qaçaqmalçılıq, silah ticarəti, qeydiyyatsız mədənçilik və insan alveri ilə mübarizədə əməkdaşlıq etmək, həmçinin Sudan və Cənubi Sudanda münaqişələrə sülh yolu ilə son qoymaq üçün birgə hərəkət etmək qərara alınıb.
Görüşdə təhlükəsizlik və kəşfiyyat məsələlərində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Nuranə Məmmədova