Dünyanın ən böyük maliyyə mərkəzləri siyahısında ilk iki yeri Nyu-York və London saxlayıblar.
Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Dünya Maliyyə Mərkəzləri İndeksi ilk dəfə 2007-ci ildə dərc edilib. Onun iştirakçıları hər altı aydan bir adlanır.
Qeyd olunur ki, Nyu-York 2018-ci ilin payızından planetin əsas maliyyə mərkəzləri arasında liderlik edir. Reytinqin əvvəlki versiyası ilə müqayisədə Britaniya paytaxtı buna bir qədər də yaxınlaşıb və hazırda 13 bal geridədir (müvafiq olaraq 763 və 750 bal). Bu dəfə ilk üçlüyü Sinqapuru oradan sıxışdırıb çıxaran Honq-Konq (749 xal) qapayıb. İlk 10-luğa həmçinin Amerikanın San-Fransisko, Çikaqo, Los-Anceles şəhərləri, həmçinin Çinin Şanxay və Şençjen və Almaniyanın Frankfurt şəhərləri daxil olub.
Moskva və Sankt-Peterburq əvvəlki kimi siyahının sonuna daha yaxındır və yalnız Bakı və Buenos-Ayresi qabaqlayır. Ümumilikdə siyahıya 121 şəhər daxildir.
Nuranə Məmmədova