image-elektrik-enerji-getty-1694192_1backend

Dünya sürətlə “elektrik əsrinə” doğru irəliləyir

Qlobal elektrik enerjisinə tələbatın artması və təmiz enerji texnologiyaları ilə dünya sürətlə “elektrik dövrü”nə doğru irəliləyir.
Elchi.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji təhlili və proqnozları üçün ən mötəbər qlobal mənbə hesab edilən “World Energy Outlook”un (WEO) builki hesabatı dərc olunub.
Hesabat artan geosiyasi qeyri-müəyyənliklərin, yeni texnologiyaların, təmiz enerji keçidinin və iqlim dəyişikliyinin enerji təhlükəsizliyinə təsirlərini araşdırarkən, mövcud geosiyasi gərginliyin enerji təhlükəsizliyi və istixana qazı emissiyalarının azaldılması istiqamətində qlobal səylər üçün böyük risklər yaratdığını vurğulayır.
Hesabata görə, geosiyasi gərginlik qlobal enerji sistemində zəiflikləri üzə çıxararaq, təmiz enerjiyə daha sürətli keçidin zəruriliyini göstərir.
Hesabatda ölkələrin mövcud siyasətlərinə əsaslanaraq hazırlanan ssenariyə görə, qlobal enerji bazarı 2020-ci illərin ortalarından etibarən neft və mayeləşdirilmiş təbii qazın (LNG) həddindən artıq tədarükünün xüsusilə günəş enerjisi və batareyalar kimi mühüm təmiz enerji texnologiyalarında böyük istehsal gücü görüləcək bir istiqamətə doğru irəliləyir.
Aşağı emissiyalı enerji mənbələrinin 2030-cu ilə qədər dünyanın elektrik enerjisinə tələbatının yarısından çoxunu istehsal edəcəyi gözlənilsə də, kömür, neft və təbii qaz da daxil olmaqla bütün qalıq yanacaqlara tələbatın 2030-cu ilin sonuna qədər pik həddə çatacağı və bundan sonra azalacağı gözlənilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki