Macarıstanın baş naziri Viktor Orban bildirib ki, dünya genişmiqyaslı dəyişikliklər astanasındadır və bu, əsasən Amerikanın seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlaması ilə bağlı olacaq.
Elchi.az xəbər verir ki, “Kossuth” radiosunun səhər proqramında çıxış edən Orban dəyişikliklərin təkcə ABŞ-a deyil, bütün Qərb sivilizasiyasına təsir edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, bu dəyişikliklər uzun müddət ərzində tədricən baş verəcək.
“Dünya düşündüyümüzdən daha böyük bir dəyişikliklə üz-üzədir” dedi.
Baş nazir qeyd edib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayan kimi dünya dəyişəcək.
Macarıstan hökuməti dəfələrlə ümid etdiyini bildirib ki, Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə Ukrayna və Yaxın Şərqdəki münaqişələri həll etmək mümkün olacaq.
Daha əvvəl Orban bildirib ki, Kiyev rejiminin başçısı Volodimir Zelenski Macarıstanın Milad bayramı üçün genişmiqyaslı əsir mübadiləsi aparmaq və atəşkəs yaratmaq təklifinə məhəl qoymur.
Yeganə