ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,44% azalaraq 1 barelə görə 74,14 ABŞ dolları təşkil edib.
Elchi.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 0,54% azalaraq 1 barelə görə 71,17 ABŞ dolları olub.