İtalyan rəssam Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda Sotheby’s hərracında 6,2 milyon dollara satılıb.
Elchi.az xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüşü lentdən ibarətdir. Əsəri alan şəxs məşhur kriptovalyuta platforması TRON-un yaradıcısı Castin Sundur.
Cattelanın 2019-cu ildə Art Basel Mayami Beach-də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olmuşdu.
Bəzi ziyarətçilər sarı banan və gümüş lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh etdilər. Hətta sərgi zamanı başqa bir rəssam əsəri divardan götürərək yeyib.
Şayəstə Hüseynova