Kolumbiya prezidenti Qustavo Petro ölkə daxilində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbindən “Milli Fəlakət” elan etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Paytaxt Boqotadakı Milli Vahid Komandanlıq Mərkəzində müvafiq qurumların rəsmiləri ilə görüşən Petro seldən zərər çəkmiş ailələrə daha sürətli yardım göstərmək üçün Milli Fəlakət elan etdiklərini bildirib.
Petro, iqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə apardıqlarını və ölkə daxilində bir çox bölgənin daşqınlardan ciddi şəkildə təsirləndiyini bildirib.
Milli Risk İdarəetmə Birliyinin (UNGRD) verdiyi açıqlamada, 46 min ailənin leysan yağışlardan mənfi təsirləndiyi və La Guajira, Huila, Choco, Norte de Santander və Cauca bölgələrində fövqəladə vəziyyət elan edildiyi bildirilib.
Sosial mediada yayımlanan görüntülərdə paytaxt Boqotanın şimalında magistral yolun daşqınlar səbəbindən su altında qaldığı və çoxlu sayda avtomobilin xilas olunmağı gözlədiyi görülüb.
Prezident Petronun bəyanatına görə, UNGRD daşqınlardan ən çox zərər çəkmiş bələdiyyələrə yardım etmək üçün iki Kollektiv İnvestisiya Fondu (FIC) vasitəsilə 2,5 milyard Kolumbiya pesosu (570,000 ABŞ dolları) ayıracaq.
Kolumbiyada yağışlı mövsümün başlaması ilə bir çox şəhərlərdə daşqınlar və torpaq sürüşmələri baş verib.