image-cin-ulusal-halk-kongresibackend

Çinin mesajı Trampın əlavə tariflərinə qarşı “çoxtərəfli ticarət sistemini qorumaq”

ABŞ prezidenti Donald Trampın bir-birinin ardınca verdiyi tarif açıqlamaları ilə qlobal ticarət müharibəsinin fitilini alovlandırdığı bir vaxtda Çin “çoxtərəfli ticarət sistemini qorumaq” üçün dünya ölkələri ilə əməkdaşlığa hazır olduğu mesajını verib.
Elchi.az xəbər verir ki, Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sözçüsü Lou Çincien qanunverici orqanın sabah başlayacaq illik Baş Assambleyası ərəfəsində Pekində keçirdiyi mətbuat konfransında dəyərləndirmələr edib.
Lou, Çin və dünya iqtisadiyyatının artan qlobal siyasi və iqtisadi qeyri-müəyyənliklərlə üzləşdiyini əlavə edərək, “Çin çətin qazanılmış çoxtərəfli ticarət sistemini birgə qorumaq, birtərəflilik və proteksionizmə qarşı çıxmaq, ədalətli və əhatəli iqtisadi qloballaşmanı təşviq etmək üçün dünya ölkələri ilə işləməyə hazırdır” deyə ifadələrdən istifadə edib.
ABŞ prezidenti Donald Trampın yeni hakimiyyət müddətinin əvvəlində Çindən idxal edilən məhsullara tətbiq edilən 10 faizlik gömrük rüsumunu 20 faizə yüksəltmə qərarı ilə bağlı sualı cavablandıran Lou, “Biz ümid edirik ki, ABŞ dialoq və məsləhətləşmələr yolu ilə problemlərin həlli yoluna qayıdacaq” deyib.
Lou vurğulayıb ki, Çin ABŞ-la qarşılıqlı narahatlıqlarını bərabər əsasda dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə hazırdır, lakin heç bir zorakılıq və ya təhdid aktını qəbul etməyəcək, milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qoruyacaq.
Trampın tarifləri artırması
ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Çindən idxal olunan mallara 10 faizlik rüsum tətbiq edib. Tarif fevralın 4-dən qüvvəyə minib.
Çinlə razılığa gələ bilmədikləri təqdirdə tariflərin arta biləcəyi ilə bağlı xəbərdarlıq edən Tramp, fevralın 27-də Truth Social hesabında paylaşdığı paylaşımda martın 4-də Çinə 10 faiz əlavə rüsum tətbiq ediləcəyini açıqlamışdı.
Tramp bu gün əvvəlki sərəncamına dəyişiklik edərək Çinə tətbiq edilən tarifləri 10 faizdən 20 faizə qaldırıb.
Çin də Trampın tarif artımlarına yeni tariflər və sanksiyalarla cavab verib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki