Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar ediblər. 2019-cu ildə Daxili Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri göstərən bir xəstə xəstəxanaya yerləşdirildi. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində genetik analizlə əvvəllər məlum olmayan virus aşkar ediblər.
Elchi.az xəbər verir ki, bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faiz təşkil edir və Nairoviridae ailəsinə aid orthonairovirus cinsinə aiddir.
Virus “Bataqlıq Virusu” adlandırılıb.
Alimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırma keçirən digər xəstələri müayinə etdilər və daha 17 bataqlıq virusu aşkar etdilər ki, bu da virusun bu bölgədə geniş yayıldığını təsdiqləyir.
Şayəstə Hüseynova