image-399e486f-68db-3068-aeb3-c7ef487dfc4e_850backend

Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var

Çinin cənubundakı Haynan ada əyalətində “Trami” qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb.

Elchi.az-ın  “Sinxua” agentliyinə istinadən məlumatına görə, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb.

“Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.

Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki