Çinin Vətəndaşlıq İşləri Nazirliyi cümə günü ölkədə evlilik nisbətləri ilə bağlı son məlumatı açıqlayıb. Əgər tendensiya belə davam edərsə, rekordların başladığı 1980-ci ildən bəri ən aşağı rəqəmlər görünəcək.
Elchi.az xəbər verir ki, 2024-cü ilin ilk üç rübündə Çində 4,74 milyon cütlük evləndiyi halda, keçən ilin eyni dövründə bu rəqəm 5,69 milyon; Beləliklə, nikah nisbətində yüzdə 16,6 azalma qeydə alınıb. 2013-cü ildə 13 milyon toyla zirvəyə çatan nikahların sayı 2022-ci ildə 6,83 milyona enib. 2024-cü ildə bu rəqəmin daha da azalacağı gözlənilir.
Çində nikahların azalması ilə yanaşı doğum nisbətinin azalması da ciddi narahatlıq doğurur. 2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona düşüb. 2022-ci ildə doğum səviyyəsi 1949-cu ildə Çin Xalq Respublikasının qurulmasından bəri ən aşağı səviyyəyə çatıb.
Şayəstə Hüseynova