image-35backend

Çin planetlərin müdafiə komandası yaradır

Çində Dövlət Müdafiə Elmi, Texnologiyası və Sənayesi İdarəsi 2024 YR4 asteroidinin Yerə yaxınlaşması ilə əlaqədar planetlərin müdafiəsi komandası üçün kadrların işə götürüldüyünü elan edib.

Elchi.az xəbər verir ki, “South China Morning Post”un məlumatına görə, qrupa asteroidləri tədqiq edəcək və monitorinq edəcək, həmçinin asteroid təhlükəsi ilə bağlı erkən xəbərdarlıq metodlarını hazırlayacaq üç mütəxəssis daxil olmalıdır.

Çin Elmlər Akademiyasının Milli Kosmik Elm Mərkəzinin alimi Li Mingtao nəşrə deyib: “Biz asteroidlərdən müdafiə sahəsində ixtisaslaşmış istedadlı mütəxəssislərdən ibarət komanda yetişdirməli və Yerin təhlükəsizliyini qorumaq üçün Çin müdrikliyi və gücünü gətirməliyik”.

2024 YR4 asteroidi 2024-cü ilin dekabrında kəşf edilib. Onun 2032-ci ilin sonunda Yerlə toqquşacağı təxmin edilir. Rus astronomları toqquşma ehtimalını 6% qiymətləndirdi, NASA bu şansın 1%-dən bir qədər çox olduğunu söylədi.

Avropa Kosmik Agentliyi (ESA) əvvəlcə 2024 YR4-ün təsir riskinin 1,3% olduğunu bildirsə də, fevralın 8-də bu rəqəmi 2,3%-ə qaldırdı.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki