image-owl_detail_620_96070fde97bbe523d1cc15305a722105backend

Çin okeanların duzluluğunu ölçmək üçün peyk buraxıb

Çin okeanların duzluluğunu ölçmək üçün ilk peykini uğurla orbitə buraxıb.

Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Haiyang-4-01” kosmik gəmisini daşıyan CZ-4B raketi bu gün, noyabrın 14-də, Moskva vaxtı ilə saat 01:42-də Taiyuan Peyk buraxılış Mərkəzindən orbitə buraxılıb.

Çin tərəfi peykdən alınan məlumatlardan milli iqtisadiyyatın maraqları üçün istifadə etməyi planlaşdırır.

Bundan əvvəl Çin Mərkəzi Televiziyası Çinin “Zhongke Yuhang” şirkətinin 15 peyklə birlikdə “Kinetica-1” raketini orbitə çıxardığını bildirmişdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki