Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qianın sözlərinə görə, Çinin təmkinli müdafiə xərcləri onun böyük güc roluna uyğun yaşamaq ehtiyacından irəli gəlir.
Elchi.az xəbər verir ki, bu bəyanat bazar günü verilib.
Çinin 2025-ci il üçün büdcə layihəsində hərbi büdcənin 7,2% artırılması, təxminən 245,5 milyard dollara bərabər olan 1,784 trilyon yuana çatdırılması nəzərdə tutulur.
“Çin hökuməti müdafiə və iqtisadiyyatın ahəngdar inkişafına sadiqdir, milli müdafiə ehtiyacları üçün xərclərin miqyasının ağlabatan şəkildə müəyyənləşdirilməsinə çalışır”, – Vu Qian Pekində Ümumçin Xalq Nümayəndələri Konqresinin (MPK) sessiyasının kənarında çıxış edərkən vurğulayıb.
O, əlavə edib ki, Çin hökuməti son illərdə davamlı sosial-iqtisadi tərəqqiyə kömək etməklə, ölkənin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarının qorunmasını təmin etmək üçün müdafiə xərclərinin mülayim və sabit artımını qoruyub.
Bundan əvvəl Rusiya, Çin və İranın birgə hərbi dəniz təlimləri planlaşdırdığı bildirilmişdi.
Yeganə