image-china_canada_lin-1backend

Çin Kanadanı repressiyalarda ittiham edir

Kanada Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məhkəməyə müraciət etmək məcburiyyətində qalan Çinə qarşı birtərəfli və repressiv tədbirlər görür.
Elchi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Bu müraciətə səbəb Kanada hakimiyyətinin Çinin elektriklə işləyən avtomobillərinə 100 faiz rüsum tətbiq etmək qərarı olub. Pekin bu cür addımları bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinin pozulması, qlobal təchizat zəncirlərini sarsıdan və təhrif kimi qiymətləndirir.
Bununla bağlı Çin hakimiyyəti Kanadanı faktlara hörmətlə yanaşmağa, ÜTT qaydalarına əməl etməyə və yanlış yola getməməyə çağırıb. ÇXR öz növbəsində Çin müəssisələrinin qanuni hüquq və maraqlarını etibarlı şəkildə qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini vəd edir.
Bundan əvvəl Çin Kanadanın öz elektrik avtomobillərinə tətbiq etdiyi tariflərə cavab olaraq, Kanada kanolasının (yerli kolza və kolza sortları) və bəzi kimyəvi məhsulların tədarükü ilə bağlı araşdırmaya başlamaq qərarına gəlib.
O da məlumdur ki, Çin dəfələrlə ticarət tərəfdaşları ilə bağlı ÜTT-yə şikayət edib.

Nuranə Məmmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki