Si Cinpin: Bəşəriyyətin gələcəyi Çin və ABŞ arasındakı münasibətlərdən asılıdır.
Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlər dünyada ən mühüm məsələlərdən biridir və iki xalqın rifahı bütün bəşəriyyətin gələcəyindən asılıdır.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin (ABŞ) ənənəvi iclasının iştirakçılarına təbrikində yazıb.
Si Cinpin vurğulayıb ki, Çin həmişə Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə uyğun qurub.
Həmçinin, siyasətçinin sözlərinə görə, Pekin həmişə bu mövqedən çıxış edib ki, Çin və ABŞ-ın uğurları hər iki ölkə üçün fürsətdir və bir-biri ilə rəqabət aparmaqdansa, inkişafda bir-birinə kömək etməməlidir.
Si Cinpin bildirib ki, Çin ABŞ-ın tərəfdaşı olmağa hazırdır, çünki bu, təkcə iki ölkəyə deyil, bütün dünyaya fayda verəcək.
ABŞ-Çin Münasibətləri üzrə Milli Komitə 1966-cı ildə ABŞ-da o vaxtkı dünya siyasəti kontekstində Pekin və Vaşinqton arasında münasibətlərin inkişafından narahat olan bir qrup alim və siyasətçi, dini lider və iş adamı tərəfindən yaradılmışdır.
Şayəstə Hüseynova