ABŞ prezidenti Tramp tərəfindən energetika naziri vəzifəsinə namizədliyi irəli sürülən Kris Rayt Senat tərəfindən təsdiqlənib.
Elchi.az xəbər verir ki, yanvarın 20-də rəsmi fəaliyyətə başlayan ABŞ prezidenti Donald Trampın kabineti formalaşmağa davam edir. Tramp tərəfindən energetika naziri vəzifəsinə namizədliyi irəli sürülən Kris Rayt Senat tərəfindən ölkənin yeni energetika katibi vəzifəsinə təsdiq edilib.
Rayt Senat tərəfindən 38 əleyhinə 59 səslə vəzifəyə təyin edilib. Denverdə yerləşən Liberty Energy-nin qurucusu və baş direktoru Rayt iqlim dəyişikliyi ilə mübarizə səylərinə qarşı çıxması ilə tanınır. Daha çox qalıq yanacaq istehsalının bütün dünyada insanları yoxsulluqdan xilas edə biləcəyini müdafiə edən Raytın Trampın “enerji təhlükəsizliyi və rifahına nail olmaq” məqsədini dəstəkləyəcəyi gözlənilir.
Şayəstə Hüseynova