image-6799ab0f4165e6799ab0f4165f17381240476799ab0f4165c6799ab0f4165dbackend

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

29 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb.

Elchi.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki