Cənubi Afrikada 4 uşaq qida zəhərlənməsindən ölüb. Səhiyyə idarəsi bildirib ki, zəhərlənmə hallarının əksəriyyəti yaşayış məntəqələrinə yaxın marketlərdən alınan “biskvit” və “çips” kimi məhsullardan baş verib.
Elchi.az xəbər verir ki, Gauteng Əyalət Təhsil İdarəsindən verilən açıqlamada, Yohannesburqun Soweto rayonundakı Karoba İbtidai məktəbindən 3 şagirdin və bu bölgədə də yerləşən Khauhelo İbtidai məktəbindən 1 şagirdin qida zəhərlənməsi nəticəsində öldüyü açıqlanıb.
Açıqlamada uşaqların məktəbin ətrafındakı ərzaq mağazasından aldıqları qəlyanaltılardan zəhərləndikləri bildirilib. Eyni qəlyanaltıları yeyən başqa bir tələbənin də reanimasiyada müalicə olunduğu paylaşılıb.
Ölkənin ən sıx məskunlaşdığı əyaləti olan Gautengdə fevral-sentyabr ayları arasında qida zəhərlənməsi nəticəsində 200-dən çox uşaq xəstəxanaya yerləşdirilib və onlardan 6-sı dünyasını dəyişib.
Gauteng Əyalətinin Səhiyyə İdarəsindən qida zəhərlənməsi ilə bağlı verilən açıqlamada, hadisələrin xüsusilə gecəqondular, qeyri-rəsmi yaşayış məntəqələri və yataqxanalarda yaşayan uşaqlar arasında artdığı bildirilib və zəhərlənmə hallarının əksəriyyətinin bu yaşayış məntəqələrinə yaxın marketlərdən alınan “biskvit”, “çips” kimi məhsullardan qaynaqlandığı vurğulanıb.
Şayəstə Hüseynova