image-guney-afrikada-otobus-devrildi-10-kisi-hayatini-kaybetti-fcppbackend

Cənubi Afrikada avtobus aşdı! 10 nəfər həyatını itirdi

Cənubi Afrika Respublikasının şimal-şərqində yerləşən Limpopo əyalətində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb.
Elchi.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Zimbabvedən Yohannesburqa gedən sərnişin avtobusu yüksək sürətlə daxil olduğu Louis Trichardt şəhəri yaxınlığındakı kəsişmədə idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 5-i qadın olmaqla 10 sərnişin ölüb.
Yaralılar təcili tibbi yardım maşını ilə müxtəlif xəstəxanalara aparılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki