image-e-768x403backend

“Bu yaranı yalnız Ermənistan və “Artsax”ın birləşdirilməsi sağalda bilər” – Hayrumyan SƏRSƏMLƏDİ

“Artsax”ın Rusiyaya birləşdirilməsinin tərəfdarları Abxaziya və Cənubi Osetiya ətrafında gedən prosesləri diqqətlə izləyirlər və Moskvanın qərarlarından məyusdurlar.

Alp.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Naira Hayrumyan öz məqaləsində bildirib.

2008-ci ildə baş verən beş günlük Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva bu respublikaları (Abxaziya və Cənubi Osetiya) tanıdı. Daha sonra onların Rusiyaya daxil olma ehtimalı barədə müxtəlif fikirlər səsləndirildi. Amma əhalisi 250 min nəfərdən çox, ərazisi isə 8,5 min kvadratkilometr olan Abxaziya Rusiyaya birləşdirilməsi təkliflərini hər dəfə nəzakətlə rədd etdi. Üstəlik, bütün bu illər ərzində ruslara Abxaziyada daşınmaz əmlaka sahib olmağa icazə verilmədi. Suxum rusları öz torpaqlarına qəti şəkildə buraxmadı.

Təxminən 55 min insanın yaşadığı Cənubi Osetiyaya gəlincə, ərazisi 3600 kvadratkilometrdir. Tsxinvali Rusiyanın tərkibində Şimali Osetiya ilə birləşməyə qarşı deyil, lakin Moskva bu fikrə heç vaxt “anlayışla” yanaşmayıb.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Osetiya Rusiyaya birləşməyin vaxtının çatdığına qərar verdi. Hətta mayın 13-nə referendum təyin olundu. Lakin Cənubi Osetiyanın yeni seçilmiş prezidenti Alan Qaqloyevin fərmanı ilə iyulun 17-nə təyin edilmiş referendum təxirə salınıb.

Qaqloyevin fərmanında deyilir ki, Cənubi Osetiya və Rusiyanın inteqrasiyası ilə bağlı məsələlərin bütün spektri üzrə təcili məsləhətləşmələr aparmaq lazımdır.

Xatırladaq ki, mayın 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın referendumun qanuni şəkildə keçirilməsi təşəbbüsünü yekunlaşdırmalı olduğunu bildirib.

“Moskva bu təşəbbüsə qatılmayacaq. Məsələni həmişəki kimi yarımçıq qoyacaq. Rusiya “Artsax” məsələsində də eyni şəkildə davranacaq. Çünki Rusiyaya “Artsax” lazım deyil. Ona regionda təsir rıçaqı və bazalarını yerləşdirmək üçün yer lazımdır. Ermənistanla deyil, Rusiya ilə birləşməyi dəstəkləyən “Artsax” siyasətçiləri yaranın açıq qalması üçün hər şeyi edirlər. Bu yaranı yalnız bir addım sağalda bilər – 1989-cu il dekabrın 1-də Ermənistan və “Artsax”ın birləşdirilməsi haqqında qərarın icrası” – deyə Naira Hayrumyan öz sərsəm fikirlərini tamamlayıb.konkret.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki