Birləşmiş Millətlər Təşkilatının (BMT) planet müdafiə təşkilatları mövcud olan asteroidi yaxından izləyir, baxmayaraq ki, onun Yerlə toqquşma ehtimalı azdır. Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, “2024 YR4” adlı asteroidin 22 dekabr 2032-ci ildə Yerdən keçmə ehtimalı təxminən 99 faizdir.
Elchi.az xəbər verir ki, ESA 2024 YR4-ün 22 dekabr 2032-ci ildə Yerlə toqquşması ehtimalını 1,3 faiz olaraq hesablayıb. Kral Astronomiya Cəmiyyətindən Dr Robert Massey “Bu vəziyyət məni narahat etmir və yuxunu itirmək riski görmürəm” deyərək ictimaiyyəti sakit olmağa çağırıb.
“Bu tip hadisələr adətən əlavə hesablamalar aparıldıqdan sonra riskin aradan qaldırılması ilə nəticələnir. Bununla belə, astronomları bu cür təhlükələri izləmək və lazım gəldikdə tədbirlər görmək üçün kifayət qədər resurslarla təmin etməyimiz hələ də vacibdir”, – Massey bildirib.
Şayəstə Hüseynova